ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ottava Birləşmiş Ştatlar tərəfindən yerləşdirilən "Qızıl Günbəz" raketdən müdafiə sisteminin elementlərinin Qrenlandiyada yerləşdirilməsinə qarşıdır.
"Report" xəbər verir ki, bu barədə paylaşım Ağ Ev rəhbərinin "Truth Social" səhifəsində yerləşdirilib.
"Qızıl Günbəz" Kanadanı qorusa da, Kanada Qrenlandiya üzərində "Qızıl Günbəz"in inşasına qarşıdır. Bunun əvəzinə, onlar Çinlə əməkdaşlığa səs verdilər və Çin ilk il ərzində onları "yeyəcək", - o yazıb.