IMG-LOGO

KİV: ABŞ neft tədarükünü dayandırmaq üçün Kubaya dəniz blokadası tətbiq edə bilər

24 Jan 2026 02:36 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp administrasiyası neft tədarükünü dayandırmaq üçün Kubaya dəniz blokadası tətbiq etmək imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ Kuba rəhbərliyini dəyişdirmək üçün yeni taktikalara əl atmaq imkanlarını araşdırır. Digər məsələlərlə yanaşı, neft idxalına tam blokada tətbiq etmək nəzərdən keçirilir.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bu ideyanı dəstəkləyir, lakin hələ yekun qərar verilməyib.

Xəbər lenti