IMG-LOGO

Zelenski: Əbu-Dabi danışıqlarında müharibənin bitməsi üçün parametrlər müzakirə olunur

24 Jan 2026 00:08 4 baxış
IMG

Ukrayna, ABŞ və Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiya-Ukrayna münaqişəsinin bitməsi üçün parametrləri müzakirə edirlər.

"Report"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu teleqram kanalındakı açıqlamasında bildirib.

"Ukrayna nümayəndələri mənə demək olar, hər saat hesabat verirlər. Hazırda onlar Əmirliklərdədir. Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri də bu gün oradadır. Artıq söhbətimiz olub. Müharibənin bitməsi üçün parametrləri müzakirə edirlər", - Zelenski bildirib.

Xəbər lenti