IMG-LOGO

Merts: Aİ-nin MERCOSUR ilə azad ticarət sazişi demokratik və legitimdir

23 Jan 2026 23:08 3 baxış
IMG

Avropa Komissiyası tərəfindən Cənubi Amerikanın Ümumi Bazarının üzv (MERCOSUR) ölkələri ilə bağlanmış azad ticarət sazişi tam demokratik, legitimdir və Cənubi Amerikanın ilk ölkəsi sənədi ratifikasiya edən kimi, müvəqqəti olaraq qüvvəyə minə bilər.

"Report" xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.

"MERCOSUR ilə saziş 25 il müzakirə olunub və nəhayət imzalanıb", - Merts İtaliyanın Baş naziri Ciorcia Meloni ilə birgə mətbuat konfransında deyib. Bununla yanaşı, o, Avropa Parlamentinin sazişin Aİ normalarına uyğunluğunu yoxlamaq üçün məhkəməyə müraciətə dəstək verən qətnaməni qəbul etməsinə dərin təəssüfünü ifadə edib. "Mənim üçün bu sazişin demokratik və legitim olması şübhə doğurmur", - Merts vurğulayıb. O, əlavə edib ki, qərar səsvermə zamanı səs çoxluğu ilə qəbul olunub.

Kansler qeyd edib ki, İtaliyanın razılığı olmadan Avropa Şurasında tələb olunan ixtisaslı çoxluğa nail olmaq mümkün olmazdı. "Beləliklə, bu saziş ən azı ilkin qüvvəyə minmə üçün bu sözün tam mənasında demokratik legitimdir. Sənəd qüvvəyə minməlidir. Müvafiq qərar iki həftə əvvəl Aİ Nazirlər Şurasında qəbul edilib", - Merts xatırladıb.

Kansler Cənubi Amerikadan ilk ölkənin sazişi ratifikasiya edəndən sonra sənədin müvəqqəti qüvvəyə minməsini alqışlayacağını bildirib. "Biz son nəticədə ticarət siyasəti vasitəsilə Avropanı zəiflətməyə çalışanlar qarşısında büdrəməyi özümüzə icazə verməməliyik", - o fikirlərni yekunlaşdırıb.

Xəbər lenti