IMG-LOGO

Pakistanda toy mərasimində partlayış nəticəsində azı beş nəfər ölüb, xəsarət alanlar var

23 Jan 2026 23:49 2 baxış
IMG

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan rayonunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı beş nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "The Express Tribune" qəzeti yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumata görə, terrorçu cümə axşamı yerli icma liderinin evində keçirilən toy mərasimində partlayıcı qurğunu işə salıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Xayber-Paxtunxvanın qubernatoru Feysəl Kərim Kundi ölənlərin ailələrinə başsağlığı verib. O, yaralılara bütün lazımi yardımın göstərilməsini və hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmasını tapşırıb.

Xəbər lenti