IMG-LOGO

Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

19 Jan 2026 11:55 3 baxış
IMG

Yaxın vaxtlarda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər veriləcək.

"Report" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qurumun 2025-ci il üzrə hesabat tədbirində məlumat verib.

O qeyd edib ki, eyni zamanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə də bu il üzrə mənzil verilməsi prosesinə də başlanılacaq.

Xəbər lenti