"Zirə"nin Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadəyə təklifində klubun planları, ona inamı və qarşıya qoyulan məqsədlər açıq şəkildə izah olunub.
Bu barədə "Report"a 24 yaşlı vinger açıqlama verib.
O, Bakı təmsilçisinə transferi ilə bağlı fikirlərini bölüşüb:
"Bu keçid prosesi tam şəkildə menecerim vasitəsilə aparılıb. Mən həmin dövrdə istirahət üçün Azərbaycana gəlmişdim və yanvarın 4-də yenidən geri qayıtmalı idim. Qayıdışıma cəmi bir gün qalmış menecerimlə danışdıq. O, mənə müəyyən şərtlər daxilində "Zirə" klubunun marağını və rəsmi təklifini bildirdi. Təklifdə klubun planları, mənə olan inamı və qarşıya qoyulan məqsədlər açıq şəkildə izah olundu. Menecerimin bu keçidlə bağlı tövsiyəsi və mənim də razılığımdan sonra bütün detalları dəyərləndirib bu qərara gəldik".
Qeyd edək ki, Rüfət Abdullazadə sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülüb.