Economist Qrupunun tədqiqat və təhlil qolu olan Economist Kəşfiyyat Bölməsi (EIU) dünyanın yaşamaq üçün ən yaxşı 10 şəhərinin siyahısını açıqlayıb.
Lent.az xəbər verir ki, son üç ildə dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri siyahısında dominantlıq edən Avstriyanın paytaxtı Vyana bu il birinci yerini itirib.
Vyana səhiyyə kateqoriyasında uğurunu qoruyub saxlasa da, sabitlik parametrindəki itki səbəbindən ikinci yerə düşüb. Kopenhagen isə sabitlik, təhsil və infrastruktur kateqoriyalarında 100 balla birinci yeri tutub.
Şəhərlər sabitlik, səhiyyə, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur kimi meyarlara görə ölçülüb.
Şəhərlərin siyahısı aşağıdakı kimidir:
Kopenhagen - DANİMARKA
Vyana - AVSTRİYA
Sürix - İSVEÇRƏ
Melburn - AVSTRALİYA
Cenevrə - İSVEÇRƏ
Sidney - AVSTRALİYA
Osaka - YAPONİYA
Oklend - YENİ ZELLANDİYA
Adelayda - AVSTRALİYA
Vankuver - KANADA
şəhər