IMG-LOGO

“Perseverance”da bir ilk - Marsda yad obyekt aşkarladı

25 Dec 2025 07:05 5 baxış
IMG
0 0

NASA-nın Marsdakı “Perseverance” adlı axtarış maşını Jezero Kraterində Marsdan olmayan bir obyektlə qarşılaşıb.

APA xəbər verir ki, obyektin planetə dəyən meteorit olduğu ehtimal olunur.

Digər roverler əvvəllər Marsda meteoritlər tapsalar da, 2021-ci ildən bəri Qırmızı Planeti araşdıran “Perseverance”ın ilk dəfə planetdən olan meteoritlə qarşılaşmasıdır.

2021-ci ilin fevral ayında Marsa enən Perseverance, bu günə qədər hədəflənmiş 38 nümunədən 30-nu toplaya bilib.

Alimlər üçün təəccüblü cəhətlərdən biri də Jezero Kraterində əvvəllər heç bir meteoritin tapılmaması idi. Buna görə də, bu yeni kəşf komanda üçün xüsusilə həyəcanverici hesab olunur.

Hələ rəsmi olaraq təsdiqlənməsə də, ilkin görüntülər və skanlar tapılan obyektin meteoritlə uyğun olduğunu göstərir.

Marsa düşən meteoritlərin öyrənilməsi həm planetin quruluşunu, həm də Mars səthindəki meteoritlərin davranışını anlamaqda böyük əhəmiyyət kəsb edir.

Perseverance Mars

Xəbər lenti