Soyuq Müharibənin bitməsinə səbəb olan 19 noyabr 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqanın görüşdüyü Cenevrə gölünün sahilindəki tarixi “Fleur d'Eau” adlı tarixi villa 23 milyon İsveçrə frankına (29 milyon dollar) satışa çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə "Blick" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 12 otaqlı malikanə təxminən 1000 kvadrat metr sahəni əhatə edir. Bina 1867-ci ildə bir bankir tərəfindən sifariş edilib.
Hazırda onu satışa çıxaran beynəlxalq şirkət malikanəni 1996-cı ildə 2,4 milyon franka (o dövrdəki məzənnə ilə təxminən 2 milyon dollar) alıb.
Alıcılara həmçinin 12.000 kvadrat metrlik mənzil təklif olunur. Bitişik parkdan Alp dağlarının mənzərəsi görünür. Villa əvvəllər də hərraca çıxarılmış, lakin satılmamışdı.
Qeyd edək ki, Qorbaçov və Reyqan 19-21 noyabr 1985-ci ildə Cenevrədə görüşüblər. Bu, SSRİ ilə ABŞ arasında münasibətlərdə 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana müdaxiləsi nəticəsində yaranan daha bir soyuqlaşma dövründən sonra baş verib.
villa