IMG-LOGO

Gecəyarı Rusiyadan gəldi, arvadını yerə yıxıb sürüdü

19 Dec 2025 16:26 2 baxış
IMG
0 0

Biləsuvarda ər arvadını vəhşicəsinə döyüb.

Lent.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

İttiham aktına görə, 41 yaşlı Kənan Nadirov (ad və soyad şərtidir) Rusiyada işləyirmiş. O, arvadının gecə saatlarında “Whatsapp”da onlayn olduğunu görərək, ondan şübhələnib. Bu səbəblə arvadına demədən gecəyarı Rusiyadan Bakıya, ordan da Biləsuvara evinə gəlib. Gecə saat 4 radələrində qapını dəfələrlə döysə də, açan olmayıb. Telefon zəngindən sonra qadın qapını açıb. Kənan arvadının hərəkətlərindən şübhələndiyi üçün onun telefonuna baxıb. Bu zaman onun başqa bir kişi ilə səs yazısı ilə qarşılaşıb və qadından xəyanətinin səbəbini soruşub. Bu əməllərinə görə, arvadının ağız nahiyəsinə kəllə zərbəsi vurub və saçından tutub yerə yıxaraq, sürüyüb.

Bu hərəkətinə görə, Kənan Nadirov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2005-ci ildə ailə qurub və 2 övladı var. Dolanışıq üçün Rusiyada işləyir. O, törətdiyi əməldən peşman olduğunu deyərək, barəsində daha yüngül cəza verilməsini xahiş edib.

Biləsuvar rayon Məhkəməsinin qərarı ilə Kənan Nadirov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Hadisələr arvadını döydü arvadını sürüdü

Xəbər lenti