IMG-LOGO

Cəlilabadda 37 yaşlı kişini ürəyindən vurub öldürdülər

29 May 2025 23:18 233 baxış
IMG

Cəlilabadda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad sakini 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində, evinin giriş qapısında bıcaqlanaraq qətlə yetirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Mənbə: lent.az

Xəbər lenti