IMG-LOGO

Lənkəranda 68 yaşlı kişi öldürüldü

30.05.2025 02:18 14 baxış
IMG

Lənkəranda qətl hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib. Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb. İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti