IMG-LOGO

Şəhəri tanımayan taksi sürücüləri cərimələnəcək

27.05.2025 02:23 22 baxış
IMG

Moskva meri Sergey Sobyanin şəhəri tanımadıqları üçün taksi sürücülərini cərimələmək qərarına gəlib.

Lent.az xəbər verir ki, paytaxtın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun merin rəsmi portalında yerləşdirilib.

Paytaxtdakı əsas obyektləri tanımaq üçün sertifikatlaşdırmadan keçməmiş sürücülərə beş min rubl məbləğində cərimə tətbiq ediləcək.

Taksi sürücüləri nəqliyyat infrastrukturunun, mədəni irsin, idmanın, təhsilin, tibb təşkilatlarının və dövlət qurumlarının yerləşdiyi yerləri, onlara gedən yolları yadda saxlamalıdırlar.

Müvafiq qanun mayın 21-də Moskva Şəhər Duması tərəfindən qəbul edilib.

Xəbər lenti