IMG-LOGO

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24.05.2025 22:35 3 baxış
IMG

Bakının Yasamal rayonunda 19 yaşlı qız hündürlündən yıxılaraq yaralanıb.

Lent.az xəbər verir ki, bu haqda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat verib.

Bildirilib ki, Yasamal rayonu ərazisindən mayın 24-ü saat 18:50-də 19 yaşlı şəxsin hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub.

Pasiyent “müştərək travmalar, bel-omba nahiyəsinin travması” diaqnozu ilə tibb müəssisəsinə təxliyə olunub.

Xəbər lenti