IMG-LOGO

Almaniya millisinin üzvü “Bavariya”da

24.05.2025 03:37 5 baxış
IMG

Almaniya Bundesliqası təmsilçilərindən “Bayer”in müdafiəçisi Conatan Tanın gələcəyinə aydınlıq gəlib.

Lent.az xəbər verir ki, mövsümün sonunda Leverkuzen klubu ilə müqaviləsi başa çatacaq 29 yaşlı futbolçu azad agent kimi “Bavariya”ya keçəcək.  Bu barədə  insayder Fabritsio Romano məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2015-ci ildən “Bayer”in şərəfini qoruyur. O, bu müddət ərzində komandanın heyətində 408 oyuna çıxıb və 18 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti