IMG-LOGO

Lənkəranda 4 yaşlı uşağın üstünə qaynar su töküldü

29 May 2024 21:01 101 baxış
IMG

Lənkəranda üstünə qaynar su tökülən 4 yaşlı uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Lent.az-ın verdiyi məlumata görə hadisə axşam saatlarında baş verib.

2020-ci il təvəllüdlü  E.M üzərinə qaynar su tökülüb. Xəstə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlər ona yanıq şoku, gövdənin ikinci dərəcəli yanığı, bud çanaq oynaq nahiyyəsi və baldırın yanığı diaqnozunu qoyublar.

Hazırda uşağın müalicəsi reansimasiya şöbəsində davam etdirilir.

Xəbər lenti