IMG-LOGO

İnsan başını transplantasiya etmək mümkün olacaq

29 May 2024 14:21 91 baxış
IMG

Amerikalı alimlər bir neçə ildən sonra insan başının transplantasiya edə biləcəklərini açıqlayıblarr.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bu, 8 ildən sonra mümkün olacaq.

ABŞ-da insan başının donorun bədəninə köçürülməsi üzrə uğurlu iş elan ediblər. Alimlər insanın başını donorun bədəninə köçürməyə imkan verəcək cihaz yaradırlar. Bu, sağalmaz xərçəng, iflic, neyrodegenerativ xəstəliklərdən - Alzheimer və Parkinson xəstəliklərindən əziyyət çəkən xəstələri xilas edəcək.

Əminliklə bildirilir ki, yaxın səkkiz il ərzində insan başının transplantasiyası sistemi yaradıla bilər.

Mənbə: lent.az

Xəbər lenti