IMG-LOGO

Bakıda qadın sürücü həmcinsini öldürdü

29.05.2024 09:46 98 baxış
IMG

Bakıda avtomobillər qadın piyadaları vurub.

Lent.az xəbər verir ki, hadisələr Xəzər rayonunda qeydə alınıb. Türkan qəsəbəsində 23 yaşlı Y. Orucov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 58 yaşlı A. Ağayevanı vurub.

Həmçinin rayonun Buzovna qəsəbəsində 34 yaşlı S. Həsənova idarə etdiyi "Mercedes" markalı avtomobillə 42 yaşlı S. Əliyevanı vurub.

Hər iki piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti