IMG-LOGO

Lerikdə istirahət mərkəzində bədbəxt HADİSƏ

28 May 2024 14:36 98 baxış
IMG

Lerikdə istirahət mərkəzlərinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.

Xəbər lenti