IMG-LOGO

Diplom var, təcrübə yox - İş tapmaq üçün tələbələrə TÖVSİYƏ

26 Jun 2026 17:35 4 baxış
IMG
13 0

İlk iş yerini axtaran tələbələr adətən yüksək rəqabət və bacarıqlarını düzgün təqdim etmək çətinliyi ilə üzləşirlər. Beynəlxalq səviyyəli brend marketoloqu Kseniya Lyçaqina bildirib ki, uğurlu karyera başlanğıcı üçün namizədlər özlərini digər müraciət edənlərdən fərqləndirməyi bacarmalıdırlar.

Lent.az xəbər verir ki, ekspertin sözlərinə görə, tələbənin rəsmi iş təcrübəsinin olmaması onun ümumiyyətlə təcrübəsiz olması demək deyil. Müxtəlif layihələrdə iştirak, qısamüddətli işlər və könüllü fəaliyyətlər də dəyərli təcrübə hesab olunur. İşəgötürənlər isə çox vaxt namizədin sadəcə hansı layihədə iştirak etdiyinə deyil, həmin layihəyə verdiyi töhfəyə diqqət yetirirlər. Buna görə də CV-də bu təcrübələrin və əldə olunan nailiyyətlərin ətraflı göstərilməsi vacibdir.

Kseniya Lyçaqina qeyd edib ki, tələbələrin ən çox yol verdiyi səhvlərdən biri ümumi xüsusiyyətləri konkret nümunələr olmadan yazmalarıdır.

Onun sözlərinə görə, "ünsiyyətciləm" yazmaq kifayət etmir. Bunun əvəzinə həmin bacarığın real nəticəsini göstərmək lazımdır. Məsələn, daha sərfəli əməkdaşlıq şərtləri əldə etmək, qiymətdə endirimə nail olmaq və ya tanınmış bir şəxsi ödənişsiz layihəyə cəlb etmək kimi nümunələr göstərilə bilər.

Ekspert hesab edir ki, ilk iş axtarışında motivasiya məktubunun hər vakansiyaya uyğun şəkildə hazırlanması da böyük əhəmiyyət daşıyır. Məktubda namizəd məhz həmin vəzifə və şirkət üçün niyə uyğun olduğunu əsaslandırmalıdır.

sosial xəbərlər iş tapmaq işsizlik təcrübə tələbə

Mənbə: lent.az

Xəbər lenti