IMG-LOGO

Mixol Martin Azərbaycan və Ermənistan liderlərinin sülh səylərini yüksək qiymətləndirib

04 May 2026 18:27 4 baxış
IMG

İrlandiyanın Baş naziri Mixol Martin Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsində Azərbaycan ilə Ermənistan liderləri – İlham Əliyev və Nikol Paşinyanın diplomatik səylərini yüksək qiymətləndirib.

"Report"un Avropa bürosu xəbər verir ki, o, bu barədə İrəvanda "Avropa Siyasi Birliyi"nin sammiti başa çatdıqdan sonra mətbuata verdiyi açıqlamada bildirib.

"Biz hamımız münaqişələrlə üzləşmişik. İrlandiya bunu təxminən 30 il əvvəl yaşayıb. Lakin irəli getməyin bir yolu var", - Martin qeyd edib. O, vəziyyətə həssaslıq, siyasi iradə və güclü liderliyin əsas amillər olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan sülhə nail olunması üçün zəruri olan diplomatik səylər və kompromisə hazırlıq kimi keyfiyyətlər nümayiş etdiriblər.

"Azərbaycandakı həmkarınız kimi, siz də bu keyfiyyətləri nümayiş etdirdiniz və biz bunu yüksək qiymətləndiririk", - Martin Paşinyana müraciətində bildirib.

O, həmçinin cari səyləri Avropanın daha geniş vəzifələri, o cümlədən birliyin və sabitliyin möhkəmləndirilməsi ilə əlaqələndirib.

"Bu gün "Avropa Siyasi Birliyi" gələcəyin qurulmasına – çoxsaylı ölkələrin iştirakı ilə Avropada birliyə və sabitliyə yönəlib", - İrlandiya Baş naziri vurğulayıb.

Xəbər lenti