IMG-LOGO

Xarici diplomatlar LAÇINDA - FOTOLENT

02 May 2026 13:03 5 baxış
IMG
0 0

Diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzura səfərin ikinci günündə Laçına gediblər.

Lent.az-ın məlumatına görə, APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində xarici diplomatlar əvvəlcə Zerti kəndində yerləşən Zerti Aqro-Sənaye Parkında olublar. Sənaye parkında fəaliyyət göstərən müəssisələrlə tanışlıq çərçivəsində qonaqlara burada yaradılan müasir istehsal infrastrukturu barədə ətraflı məlumat verilib.

Sənaye parkında fəaliyyət göstərən heyvandarlıq kompleksi, tikiş fabriki, “Essential” yağ istehsalı müəssisəsi, “Aydınoğlu” mebel fabriki, “PIRSHAGHI” ayaqqabı fabriki, istixana kompleksi, tingçilik kompleksində olan diplomatlar istehsal infrastrukturu ilə tanış olublar.

Bildirilib ki, Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən müəsisələr yerli əhalinin işlə təmin olunmasına mühüm töhfə verir.

Həmçinin səfər zamanı Laçın şəhərində yerləşən “Zerti Aqro Sənaye Parkı”nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Diplomatların "Laçın" İstirahət Kompleksinin ziyarəti də nəzərdə tutulur.

Qeyd edək ki, baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 21-ci səfəridir. Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

https://twitter.com/HikmetHajiyev/status/2050483010055872839

 

Siyasət xarici diplomatlar Hikmət Hacıyev

Xəbər lenti