IMG-LOGO

Havanada prezidentin iştirakı ilə ABŞ sanksiyalarına qarşı etiraz aksiyası keçirilib

03 Apr 2026 03:31 3 baxış
IMG

Havanada ABŞ sanksiyalarına qarşı etiraz aksiyası keçirilib. Kubalı fəallar Malecon bulvarında velosiped və elektrikli üçtəkərli velosipedlərlə hərəkət ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Kuba prezidenti Migel Dias-Kanel tədbirdə iştirak edib. Hökumət tərəfindən təşkil edilən kortejin iştirakçıları ABŞ səfirliyinin yanından keçərək Tramp administrasiyası tərəfindən tətbiq edilən məhdudiyyətləri tənqid edən bayraqlar və bannerlər qaldırıblar.

Bu addım Kubanın Vaşinqtondakı yüksək vəzifəli diplomatının ABŞ-ı davam edən danışıqların bir hissəsi olaraq Kubanın iqtisadi bərpasına kömək etməyə çağırmasından bir gün sonraya təsadüf edib.

Etirazçılar Vaşinqtonla dialoqu dəstəklədiklərini, lakin ölkənin suverenliyinə hörmət tələb etdiklərini bildiriblər. Dias-Kanel aksiyada çıxış etməyib.

Xatırladaq ki, bu həftə Rusiya bayrağı altında üzən tanker Kubaya çatıb və 700.000 barel neft daşıyıb. Tramp administrasiyası humanitar səbəblərdən tankerin Matanzas limanına daxil olmasına icazə verdiyini bildirib.

Xəbər lenti