IMG-LOGO

Mərakeş KİV-lərinin nümayəndələrinə Azərbaycandakı seçkilərə hazırlıq barədə məlumat verilib

25.01.2024 14:57 158 baxış
IMG

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov “Le Matin”, “L'Opinion”, “Al Bayane”, “La Vie Eco”, “TelQuel”, “Le Desk” kimi KİV-lərin rəhbərləri və nümayəndələri ilə söhbət edib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Qeyd edilib ki, Mərakeşin dövlət xəbər agentliyi "Maghreb Arab Presse" Azərbaycanda bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi barədə məlumat yayıb.

Səfir bildirib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra onun bütün ərazisində seçkilər keçiriləcək.

İclas iştirakçılarına Azərbaycanın müstəqillik tarixi, daxili və xarici siyasəti, regiondakı mövcud vəziyyət, ərazilərimiz erməni işğalından azad edildikdən sonra aparılan sülh prosesi, bu ərazilərdə görülən işlər barədə məlumat verilib. Azərbaycan-Mərakeş münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri barədə müzakirələr aparılıb.

Öz növbəsində Mərakeş KİV-lərinin nümayəndələri ölkəmizi daha yaxından tanımaqda maraqlı olduqlarını bildiriblər. Qeyd ediblər ki, bu cür görüşlərin Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və iqtisadi əlaqələri, eləcə də regiondakı geosiyasi reallıqlar haqqında obyektiv məlumatların əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti