IMG-LOGO

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20.04.2024 11:04 9 baxış
IMG

Ağcabədidə avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Hüseynov Tahir Xanlar oğlu idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə piyada Cəfərov Şahin Seyid oğlunu vurub. Daha sonra yol kənarında dayanan "VAz-2106" markalı avtomobilə çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti