IMG-LOGO

Elçilik zamanı qızın böyük qardaşını GÜLLƏLƏDİ

20.04.2024 09:58 10 baxış
IMG

Türkiyədə elçilik zamanı silahlı insident yaşanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Kocasinan qəsəbəsində qeydə alınıb. Ailəsi ilə qız istəməyə gələn F.G. ilə qızın ailəsi arasında mübahisə yaranıb.

Bu zaman F.G. qızın böyük qardaşını tüfənglə atəş açaraq vurub.

Yaralı Y.T. xəstəxanaya yerləşdirilib, F.G. isə saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti