IMG-LOGO

Rusiya azərbaycanlı gənci axtarışa verdi

19.04.2024 12:46 14 baxış
IMG

Rusiyanın Moskva şəhərində qətl törədən azərbaycanlı axtarışa verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

“2002-ci il təvəllüdlü Şahin Abbasov və onun üç tanışı federal axtarışa verilib”, - Rusiya İstintaq Komitəsinin paytaxtın baş idarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.

Qeyd edək ki, Ş. Abbasov binanın həyətində avtomobilini saxlayarkən ona irad bildirən yerli sakini qətlə yetirib. Daha sonra o, qardaşına məxsus avtomobillə hadisə yerindən qaçıb.

Xəbər lenti