IMG-LOGO

“Apple”da problem yaşandı

04.04.2024 04:28 23 baxış
IMG

“Apple”a məxsus bəzi xidmətlər, o cümlədən “App Store” və “Apple Music” servislərində problemlər yaşanıb.

Lent.az xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.

Bildirilib ki, “Apple Arcade”, “Apple Books”, “Apple Fitness+”, “Apple Sports”, “Apple TV+” işləmir.

Daha sonra şirkətin saytında xidmətlərin demək olar ki, tamamilə bərpa olunduğu bildirilir.

Hazırda “Apple School Manager”, “Apple Business Manager” və “Apple Business Essentials” xidmətlərində problemlər var ancaq qalanları normal işləyir.

Xəbər lenti