IMG-LOGO

BQXK Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı dialoq aparır

29.02.2024 16:15 27 baxış
IMG

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial ikitərəfli dialoq apardığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin "X" hesabında paylaşım edilib.

"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir",- paylaşımda vurğulanıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. O, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

We are in a confidential bilateral dialogue with the concerned authorities in relation to the detention of Azerbaijani serviceman. pic.twitter.com/K9vof1huDj

— ICRC Azerbaijan (@ICRCAze) February 29, 2024 Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti