IMG-LOGO

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanında oynaya bilər

28.02.2024 13:12 25 baxış
IMG

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanında oynaya bilər.

“Report” xəbər verir ki, söhbət İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre Ter Ştegendən gedir.

Almaniya millisinin üzvü ərəb ölkəsindən bir neçə təklif alıb. Səudiyyə Ərəbistanı komandaları mövsümün sonunda onu transfer etmək üçün danışıqlara başlayıblar. 31 yaşlı futbolçu gələcəyi ilə bağlı hələ qərarını verməyib.

Qeyd edək ki, Mark-Andre Ter Ştegenin “Barselona” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti