IMG-LOGO

İngiltərə Kuboku: "Mançester Siti" Holannın 5 qol vurduğu oyunda "Luton"u darmadağın edib

28.02.2024 02:08 29 baxış
IMG

İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

"Report" xəbər verir ki, turnirin son qalibi “Mançester Siti” “Luton Taun”un qonağı olub.

“Şəhərlilər” rəqiblərinə şans verməyiblər. Holand matçda penta-trikə (3, 18, 40, 55, 58) imza atıb. Maraqlıdır ki, o, ilk dörd qolu De Brüynenin ötürməsindən sonra vurub. Həmçinin, qonaqların heyətində Kovaçiç (72) fərqlənib. Ev sahibləri bu qollara Klarkın dublu (45, 52) ilə cavab veriblər - 2:6.

Beləliklə də, “Mançester Siti” İngiltərə Kubokunun 1/4 final mərhələsinə darmadağınla çıxıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti