IMG-LOGO

Türkiyə Superliqasının autsayderi baş məşqçisi ilə yollarını ayırıb

27.02.2024 12:17 75 baxış
IMG

Türkiyə Superliqasında çıxış edən "Pendikspor" baş məşqçisi İvu Vieyra ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb.

Portuqaliyadan olan 48 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.

Qeyd edək ki, "Pendikspor" 27 turdan sonra 26 xalla 19-cu pillədə qərarlaşıb. İvu Vieyra ötən ilin oktyabrında baş məşqçi təyin edilmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti