IMG-LOGO

“Səbail”in müdafiəçisi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

26.02.2024 12:18 68 baxış
IMG

"Səbail" klubunun futbolçusu Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.

29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.

Premyer Liqada debütü 2015/2016 mövsümünə təsadüf edən A.Nağıyev həmin vaxt “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də 3, “Səbail”də 2 dəfə fərqlənib.

Qeyd edək ki, Adil Nağıyev ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti