Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
“Report”un məlumatına görə, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Lider “Qarabağ” ən yaxın izləyicisi olan “Sumqayıt”ı qəbul edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Hesabı fasilədən dərhal sonra meydan sahibləri açıblar. 52-ci dəqiqədə Ağdam təmsilçisinin sürətli əks-hücumunu Adama Diakabi qarşısıalınmaz zərbə ilə tamamlayıb. Qarşılaşmada son nöqtəni 83-cü dəqiqədə Yassin Benzia qoyub.
Beləliklə, 2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun kollektivi xallarının sayını 54-ə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 18 xala yüksəldib.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0), “Zirə” “Araz-Naxçıvan”ı (3:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.
Qeyd edək ki, Premyer Liqada XXV turun görüşləri 1-3 noyabrda oynanılacaq.
Bizim WhatsApp kanalımıza abunə olun