Azərbaycanın gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.
“Report”un məlumatına görə, ikiqat dünya və Avropa çempionu Milli Gimnastika Arenasında təşkil edilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qızıl medalını qazanıb.
Azərbaycan millisinin digər üzvü, komanda hesabında dünya çempionu olan Adil Hacızadə (tamblinq) isə gümüş mükafata yiyələnib.
Bizim Telegram kanalımıza abunə olun